AZ

Onlarla mən günlər, hadisələr yaşamışam

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bunlar mənim sevimli mahnılarımdır. Onlarla mən Aygün olmuşam. Bu mahnılarla günlər, anlar, hadisələr yaşamışam. Ona görə də hamısı özəl və vacibdir. Hər kəsə deməyə sözüm, ifası haqda danışmağa fikrim var. Görmədim ki, orada kimsə mənim ifamı təkrarlasın, hamı özü kimi oxudu".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Öz aramızda" verilişində deyib. Proqrama telefonla qoşulan Pop kraliça "Best of Aygun 40" albomundan, orada yer alan ifaçılardan bəhs edib:

"Mahnılar yeni kimi səsləndi. Mənim üçün sevindirici haldır, eyni zamanda bəstəkarlar, şairlər, vaxtilə onun üzərində çalışanlar üçün də özəl andır. 40 ifaçı bizə yenidən maraqlı hisslər yaşatdı. Bravo, fəxr edirəm. Nə qədər sevinirəm ki, estradamızda gələcəyi parlaq olan müğənnilərimiz var. Bütün mahnılara dəfələrlə qulaq asıram. Albomu qoyuram başdan başlayır, sona çatır, bir də... Otururuq dostlarımızla, ancaq albomu qoyuruq. Hamı dinləyir, fikir söyləyir. Hamısı gözəldir. Bu hitlərə yeni nəfəs vermək, yaşatmaq istedad işidir". 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
3
axsam.az

6Mənbələr