AZ

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, qəza şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “BMW” markalı minik avtomobilinin təkərinin qəfil partlaması nəticəsində maşın idarəetmədən çıxaraq “Changan” markalı minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən “Changan” markalı avtomobil divara çırpılıb.

Qəza zamanı 1975-ci il təvəllüdlü V. Hüseynov, 1968-ci il təvəllüdlü V. Həsənov və 1949-cu il təvəllüdlü N. Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
27
1
bizim.media

2Mənbələr