AZ

İran və Pakistanın XİN başçıları arasında telefon danışığı oldu

BAKI, 19 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə "Pars Today" nəşri məlumat yayıb.

Məlumata görə, söhbət zamanı iki ölkənin XİN rəhbərləri son regional və beynəlxalq hadisələri, həmçinin ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Tərəflər regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıb və Tehranla İslamabad arasında qarşılıqlı əlaqələri daha da gücləndirmək üçün dialoqun davamlı olmasının vacibliyini xüsusi vurğulayıblar.

Seçilən
13
teleqraf.com

1Mənbələr