AZ

“Qızlar Futzal Kuboku” keçiriləcək

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

AFFA-nın təşkilatçılığı ilə 19-20 aprel tarixlərində Qaxda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku” yarışının ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
futbolpress.az

1Mənbələr