AZ

İran rəsmisindən ABŞ a ittiham: konkret sənədə işarə etdi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ-ın İranın limanlarını və ya sahillərini blokadaya alması atəşkəs razılaşmasının pozulmasıdır və qeyri-qanuni addımdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun fikrincə, bu cür addım yalnız Pakistan vasitəçiliyi ilə əldə olunan atəşkəsin pozulması deyil, həm də beynəlxalq hüquqa ziddir və cinayət xarakteri daşıyır.

İ.Bəqayi qeyd edib ki, bu hərəkət BMT Nizamnaməsinin 2(4)-cü maddəsini pozur:

“BMT Baş Assambleyasının 3314 (1974) saylı qətnaməsinin 3(c) bəndinə əsasən “təcavüz aktı” kimi qiymətləndirilir. Qətnamədə limanların və sahillərin blokadası açıq şəkildə belə aktlar sırasında göstərilir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr