AZ

Genetik tapıntı: Kolumb Qalisiya əsilzadəsi ola bilər

Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin aprelində yayımlanan araşdırma, Xristofor Kolumbun mənşəyi ilə bağlı yeni müzakirə yaradıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, genetik analizlər onun Qalisiya əsilzadəsi, xüsusilə Pedro Alvarez de Sotomayor soyundan gələ biləcəyini göstərir.

Gelvesdə aparılan qazıntılarda Kolumbun nəslindən olan şəxslərin DNT-si araşdırılıb və sənədlərdə qohumluğu olmayan iki nəfər arasında genetik uyğunluq tapılıb. Modelləşdirmə bu əlaqənin ortaq atası kimi Sotomayoru göstərib.

Bununla belə, tədqiqat hələ ilkin mərhələdədir və Kolumbun öz DNT-si üzərində aparılmayıb. Ənənəvi versiya – onun Cenovada doğulması – hələ də əsas qəbul olunur.

Alimlər yekun nəticə üçün əlavə araşdırmaların vacib olduğunu bildirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
sherg.az

1Mənbələr