AZ

Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib

Böyük Britaniyanın paytaxtı Londonun şimal-qərbində yerləşən sinaqoqa hücum edilib. Naməlum şəxslər binanı yandırmağa cəhd göstərib. Bu, son iki gün ərzində qeydə alınan ikinci belə hadisədir.

Far.Az Sky News-un məlumatına istinadən xəbər verir ki, gecə saatlarında Kenton United Synagogue ərazisinə polis və yanğınsöndürmə xidmətləri cəlb olunub.

Baş ravvin baş verənləri "qorxaq hücum" kimi qiymətləndirərək bildirib ki, ölkədə yəhudi icmasına qarşı zorakılıq və qorxu yaratmağa yönəlmiş hallar artmaqdadır.

Qeyd edək ki, bir gün əvvəl də paytaxtın eyni istiqamətində yəhudi xeyriyyə təşkilatına məxsus binaya hücum edilmişdi.

Son hadisə zamanı sinaqoqun otaqlarından birində tüstülənmə qeydə alınıb. Xəsarət alan olmayıb, binaya ciddi ziyan dəymədiyi bildirilib.

Seçilən
25
far.az

1Mənbələr