AZ

Gəncədə yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın yerli məlumatına görə, hərəkətdə olan "BMW" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə avtomobil “Changan” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Changan” markalı minik avtomobili divara və rabitə xəttinə dəyib. Qəza zamanı rabitə, qaz və elektrik xətləri yararsız hala düşüb.

İlkin məlumatına görə, qəzaya səbəb “BMW” markalı minik maşının təkərini partlaması olub.

Qeyd edək ki hadisə şəhərin Əziz Əliyev prospekti baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

15:50

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı digər bir neçə avtomobilə dəyib.

Qəza zamanı 1975-ci il təvəllüdlü V.Huseynov, 1968-ci il təvəllüdlü V.Həsənov və 1949-cu il təvəllüdlü N.Qasımov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
1
apa.az

2Mənbələr