Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Tbilisidə keçirilən Avropa çempionatında yığmanın çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qızıl medal qazanılmamasına baxmayaraq, komandanın yaxşı nəticə göstərdiyini bildirib: "Medal qazananların hamısı çox güclü cüdoçulardır, onların yalnız medallarının rəngi və dəyəri dəyişir. Onlar hər il daha yaxşı çıxış etməyə çalışırlar. O cümlədən bizim idmançılarımız da, mənim fikrimcə, çox yaxşı çıxış etdilər".
Bağırov növbəti hədəflər barədə də danışıb: "Biz çalışacağıq ki, oktyabrda Bakıda keçiriləcək dünya çempionatında daha yaxşı çıxış edək. Yəqin ki, bizə doğma divarlar da kömək edəcək".
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatını 4 medalla başa vurub: Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.