AZ

Azərbaycanda maraqlı təcrübə: tələbə qız bir günə traktor sürməyi öyrəndi - VİDEO

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan tələbələr arasında diqqətçəkən və bir qədər də qeyri-adi hadisə yaşanıb. Mərkəzin bəzi qız tələbələri artıq təkcə ixtisas dərsləri ilə kifayətlənməyərək kənd təsərrüfatı texnikasının idarə olunmasını da öyrənməyə başlayıblar.

Musavat.com xəbər verir ki, onlardan biri – Veb dizayn və proqram təminatı ixtisası üzrə təhsil alan Alidə Hacıyeva öz təşəbbüsü ilə traktor sürməyi öyrənib.

O, artıq mərkəzdə birinci kurs tələbəsidir və bildirir ki, bu bacarığı tamamilə maraq və şəxsi istəyi hesabına qazanıb.

Alidənin sözlərinə görə, o, traktor idarə etməyə başlamazdan əvvəl artıq avtomobil sürməyi bacarırmış. Təhsil almağa başladıqdan sonra isə kənd təsərrüfatı texnikasına marağı artıb və bu maraq onu yeni bir bacarıq qazanmağa həvəsləndirib.

Qısa müddət ərzində – müəllimlərin dəstəyi ilə cəmi bir gün ərzində traktor idarə etməyi öyrənən gənc tələbə bunun onun üçün tamamilə yeni və faydalı təcrübə olduğunu deyir.

Mərkəzdə isə belə təşəbbüslərin tələbələrin praktiki bacarıqlarının artırılması və kənd təsərrüfatı sahəsinə marağın gücləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr