AZ

Azərbaycan cüdoçuları Avropa çempionatını dörd medalla başa vurublar

Bakı. TurkicWorld:

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatını dörd medalla başa vurublar.

TurkicWorld xəbər verir ki, bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.

Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci, Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.

Turnirə bu gün yekun vurulacaq.

Seçilən
18
6
turkic.world

7Mənbələr