Cəlilabad rayonunda ağır yol qəzası olub.
"Unikal" xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
"Kia" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan Qaratel Əbdürrahmanova hadisə yerində dünyasını dəyişib.
Həmçinin, avtomobildə olan iki azyaşlı uşaq yaralanıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev