AZ

Cəlilabadda ağır qəza: bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Qaratil Əbdürrahmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Həmçinin avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Rayon Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ölən və yaralananların ailə üzvü olduqları və toya getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
6
olke.az

7Mənbələr