AZ

İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı

BAKI, 19 aprel. TELEQRAF

İran qüvvələri xəbərdarlıq edərək iki tankerin Hörmüz boğazından keçməsinə imkan verməyib və onları geri qaytarıb.

Teleqraf xəbər verir ki, rəsmi Tehran bu addımı ABŞ-ın davam edən dəniz blokadası səbəbindən atdığını bildirib.

Botsvana və Anqola bayraqları altında üzən gəmilər kurslarını dəyişməyə məcbur olublar. İranın "Tasnim" xəbər agentliyi sözügedən gəmilərin hərəkətini strateji su yolundan "icazəsiz keçid" cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, şənbə günü İran boğaz üzərində nəzarəti gücləndirdiyini açıqlayıb və enerji marşrutunun yenidən bağlandığı barədə xəbərdarlıq edib. Donald Tramp isə öz növbəsində Tehranın su yolunu bağlayaraq ABŞ-ni şantaj edə bilməyəcəyini vurğulayıb.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr