AZ

Paris yaxınlığındakı kommunanın 15 minə yaxın sakini bomba səbəbindən təxliyə edilib

Paris yaxınlığındakı Kolomb kommunasının təxminən 15 min sakini İkinci Dünya müharibəsi dövrünə aid mərminin zərərsizləşdirilməsi ilə əlaqədar təxliyə edilib.

Aznews.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Aprelin 10-da aşkar edilmiş İkinci Dünya müharibəsi dövrünə aid partlayıcı qurğunun zərərsizləşdirilməsi üçün aprelin 19-da Kolomba istehkamçılar qrupu gəlib. 450 metr radiusda olan bütün sakinlər evlərini tərk etməli olublar. Beləliklə, bu, 90 mindən çox əhalisi olan kommunada təxminən 15 min insana təsir edib", - nəşr bildirib.

Qeyd olunub ki, yerli sakinlərdən bütün qapı və pəncərələri bağlamaq, həmçinin avtomobillərinin yerini dəyişdirmək xahiş olunub. Təxliyə edilmiş sakinlər üçün bir neçə yerləşdirmə məntəqəsi açılıb və işlərin axşama qədər davam edə biləcəyi xəbərdarlığı edilib.

Seçilən
22
4
aznews.az

5Mənbələr