AZ

ABŞ blokadası Tehrana ağır iqtisadi zərbə vurur: 23 gəmi geri qaytarıldı

ain.az bildirir, Moderator.az portalına istinadən.

"ABŞ-nin blokadası nəticəsində İranın dəniz yolu ilə ticarəti tamamilə dayanıb".

Moderator.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Komandanlıq bildirib ki, İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatının bloklanması davam edir. Hərbçilər vurğulayıblar ki, hesablamalara əsasən, İran iqtisadiyyatının 90 faizi beynəlxalq dəniz ticarəti ilə təmin olunur.

CENTCOM-un məlumatına görə, blokada başlayandan bəri artıq 23 gəmi Amerika qüvvələrinin geri dönmək və İrana qayıtmaq barədə göstərişini yerinə yetirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
4
moderator.az

5Mənbələr