AZ

Qaxda maarifləndirici təlim: gənclər emosional zəkanın sirlərini öyrəniblər

Qax, 19 aprel, AZƏRTAC

Qax rayonunda gənclər üçün “Komanda və fərdlərlə iş zamanı emosional zəka” mövzusunda marifləndirici təlim keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 35 gənc iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Mərkəzində reallaşan tədbirin əvvəlində rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov iştirakçıları təlimin mahiyyəti barədə məlumatlandırıb. Diqqətə çatdırılıb ki, təlimin keçirilməsində əsas məqsəd gənclərin emosional bacarıqlarını inkişaf etdirmək, özünü və başqalarını anlama, sağlam münasibətlər qurma və həyatda doğru qərarlar vermə bacarıqlarını artırmaqdır.

Təlim prosesində təlimçi, “Global Shapers Shamakhi Hub”-un strateji məsləhətçisi Ülvi Məmmədov komanda və fərdlərlə iş zamanı emosional zəkanın mahiyyəti, emosional zəkanın komponentləri, gənclər üçün əhəmiyyəti, həmçinin emosional zəkanı inkişaf etdirməyin yolları haqqında öz bilik və bacarıqlarını gənclərlə bölüşüb. Təlim zamanı gənclər emosional zəka ilə bağlı nəzəri biliklərlə yanaşı, həm də praktik həyatda tətbiq ediləcək bacarıqları da mənimsəyiblər.

Müxbir – Mustafa Dadaşov

Seçilən
22
azertag.az

1Mənbələr