Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Avstraliya vətəndaşları üçün viza tələbini ləğv edib.
Banco.az xəbər verir ki, Türkiyə ilə Avstraliya arasında diplomatik və turizm əlaqələrini gücləndirmək məqsədilə yeni bir addım atılıb. Prezident qərarı ilə Avstraliya vətəndaşlarının Türkiyəyə turistik səfərləri zamanı viza tələbi ləğv edilib.
Rəsmi Qəzetdə dərc olunan qərara əsasən, Avstraliyanın ümumi pasport sahibi olan vətəndaşlarına Türkiyəyə giriş zamanı viza azadlığı verilib.
Yeni tənzimləməyə görə, Avstraliya vətəndaşları Türkiyəyə turizm məqsədilə səfərlərində və tranzit keçidlərdə viza prosedurundan azad olunacaqlar. Bu güzəşt hər 180 günlük müddət ərzində ümumilikdə 90 günü keçməyən qalma müddətləri üçün keçərlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!