AZ

Lukaşenko: “Mən Zelenski deyiləm ki, Trampın yanına pul və silah dalınca qaçım” - VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-a səfər etmək və Donald Trampla əl sıxmaq həvəsində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, o, bu fikri RT-yə müsahibəsində səsləndirib.

Lukaşenko qeyd edib ki, ABŞ lideri ilə görüş onun üçün özlüyündə məqsəd deyil.
 

“Mən Volodimir Zelenski deyiləm ki, Trampın yanına pul və ya silah istəməyə qaçım”, - deyə Belarus lideri vurğulayıb.


Bununla yanaşı, Lukaşenko bildirib ki, Belarus ABŞ ilə böyük sövdələşməyə hazırdır. Onun sözlərinə görə, belə bir razılaşma hər iki ölkənin maraqları nəzərə alınmaqla hazırlanmalıdır.


Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr