AZ

Kotsoyev AÇ-dən kənarlaşdırıldı - Azərbaycan seçməsi qitə birinciliyini 4 medalla bitirdi

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.

Fanat.Az xəbər verir ki, o, yarımfinalda Simeon Katarina (Niderland) ilə dueldə qadağan edilmiş fəndə görə birbaşa “hansoku-make” aldığı üçün bürünc medal görüşdən məhrum edilib.

Bu gün mübarizəyə qoşulan idmançılardan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) ilk rəqiblərinə yenilərək mübarizəni dayandırıblar.

Bununla da yığmamız qitə birinciliyini 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Seçilən
2
28
fanat.az

10Mənbələr