AZ

Bu xəbərdən sonra zəlinin qiyməti YÜKSƏLDİ

Apteklərdə satılan zəlilərin qiyməti kəskin artıb. Əvvəllər biri 30-40 qəpiyə satılan zəli indi 2 manata təklif olunur.

Bəs bu qədər bahalaşmaya səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan terapevt Asim Həsənov deyib ki, bahalaşmanın bir neçə səbəbi var:

“Birinci səbəb odur ki, mart-aprel aylarında zəliyə tələbat artır. İnsanlar daha çox bu aylarda qan aldırırlar. Zəli də qanalma üçün ən yaxşı vasitədir. Ona görə də bu aylarda zəliyə təlabat çoxalır.
 

İkinci səbəb odur ki, tədarük azalıb. Əvvəllər əksər su hövzələrindən zəli tədarük eləmək mümkün idi. Amma indi mənbələr azalıb. Zəli indi daha çox xüsusi yerlərdə yetişdirilir. Bu səbəbdən də təklif azalıb.


Başqa bir səbəbsə ixrac iddiasıdır. Bu günlərdə xəbər yayıldı ki, Azərbaycandan xaricə zəli ixrac ediləcək. Yəqin bu informasiya da qiymətlərə öz təsirini göstərib”.

Həkim sonda bir xatırlatma da etdi:

“Zəli ilə müalicə nə qədər faydalıdırsa, bir o qədər də təhlükəlidir. Yaxşı olardı ki, həkim məsləhəti olmadan zəlidən istifadə olunmasın. Əks-təqdirdə ciddi problemlə üzləşməli olarsınız”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
22
2
bizim.media

3Mənbələr