AZ

"Gəncə" Azərbaycan Yüksək Liqasının bürünc medalçısı olub

Qadın voleybolçulardan ibarət "Gəncə" komandası Azərbaycan Yüksək Liqasının bürünc medalçısı olub.

"Report" xəbər verir ki, bu, üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə görüşdə reallaşıb.

Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində baş tutan qarşılaşma Gəncə təmsilçisinin 3:0 (25:18, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bu gün baş tutacaq qızıl medal uğrunda görüşdə "Turan" və "DH Volley" komandaları üz-üzə gələcək. Matç saat 16:00-da start götürəcək.

Seçilən
14
4
far.az

5Mənbələr