AZ

Spirtli içkinin ağrılı yan təsiri - Həkim xəbərdarlıq etdi

Alkoqol mədə-bağırsaq traktının işinə mənfi təsir göstərə bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə rusiyalı psixiatr-narkoloq Marina Kalyujnaya "Lenta.ru"ya müsahibəsində danışıb.

Həkim spirtli içkinin ağrılı yan təsiri ilə bağlı xəbərdarlıq edib.

"Həm müntəzəm, həm də ara-sıra alkoqol qəbulu ağır ishala səbəb ola bilər, çünki etanol mədə-bağırsaq traktının işini kompleks şəkildə pozur", - deyə Marina Kalyujnaya bildirib.

O izah edib ki, alkoqol mədədə xlorid turşusu ifrazını artırır və eyni zamanda mədənin selikli qişasının müdafiə mexanizmlərini pozaraq iltihabi reaksiyaya gətirib çıxarır. Bağırsaqlarda bu, peristaltikanın sürətlənməsi ilə özünü göstərir: qida lazım olduğundan daha sürətlə keçir, normal dərəcədə həzm oluna və sorula bilmir.

Həkim, həmçinin qeyd edib ki, alkoqol səbəbindən mədəaltı vəzi və qaraciyər stres rejimində işləməyə başlayır və qidanın, xüsusilə də yağların həzmi üçün zəruri olan fermentlərin ifrazı azalır. Həzm olunmamış komponentlər bağırsaqlara daxil olur və əlavə olaraq su cəlb edir ki, bu da nəticədə ishala səbəb olur.

"Bəzi alkoqollu içkilərin tərkibində çox miqdarda şəkər, dadlandırıcılar və ya bağırsaqlarda özbaşına suyu saxlayan digər maddələr olur ki, bu da osmotik ishal riskini artırır. Bu, xüsusilə şirin kokteyllər, likörlər və sidrlər üçün xüsusilə xarakterikdir", - deyə həkim əlavə edib.(oxu.az)

Seçilən
20
olke.az

1Mənbələr