“Benfika”nın baş məşqçisi Joze Mourinyo ilə bir media işçisi arasında maraqlı dialoq yaşanıb.
QOL.az xəbər verir ki, hadisə mətbuat konfransında baş verib.
Jurnalist Joze Mourinyodan soruşub: “Gələn mövsüm “Benfika”da qalacağınıza zəmanət verə bilərsiniz?”
Mourinyo: “Bəs sən RTP-də gələn mövsüm qalacağına zəmanət verə bilərsən?”
Jurnalist: “Verə bilərəm, çünki məni heç kim istəmir”.
Və bu cavabdan sonra Mourinyo gülməyə başlayıb.