AZ

Yeganə güllələnmə: Niyə başqaları asıldı, o isə... - VİDEO

İkinci Dünya müharibəsində əsir götürülmüş və ya könüllü təslim olmuş alman generalları arasında yalnız bir nəfər güllələnmə ilə edam olunub.

"Yeni Sabah" xəbər verir ki, Amerika hərbi tribunalı bu hökmü 1945-ci il dekabrın 1-də Anton Dostler haqqında çıxarıb.

O niyə məhz bu cür edam olunub?

Dostler 1944-cü ilin mart ayında İtaliyada (Cenevrə Konvensiyasını pozaraq) 15 amerikalı hərbi əsiri edam etməkdə, ali komandanlığın əmrlərinə ("Komando Ordeni") əməl etməkdə günahkar bilinib.

Edam 1 dekabr 1945-ci ildə İtaliyanın Aversa şəhərində baş tutub və fotoşəkillər və filmlərlə sənədləşdirilib.

Onun edamı müstəsnadır, çünki Nürnberq məhkəməsi digər hərbi canilərin asılmasə barədə hökm çıxarıb.


Telegram kanalımız
Seçilən
21
1
yenisabah.az

2Mənbələr