AZ

Türk dünyasının birliyi böyük çətinliklərdən keçərək bu günə çatıb - Ramil Həsən

Bakı. Trend:

Türkologiya sahəsində fəaliyyət göstərən tanınmış alim vəziyalıların təməlini qoyduğu ideyalar bu gün dövlət başçıları vəTürk Dövlətləri Təşkilatı tərəfindən uğurla davam etdirilir.Hazırda belə platformalarda sərbəst iştirak etmək, millibayraqlarımız altında yaşamaq və türk kimliyimizlə fəxr etməkxüsusi önəm daşıyır. Qeyd olunub ki, bu nailiyyətlər asanlıqla əldəedilməyib və 1926-cı ildə bu ideyaları səsləndirən şəxslər sonradanciddi təzyiqlərlə üzləşiblər.

Trend xəbərverir ki, bu fikirləri Türk Dövlətləri Parlament Assambleyasının(TÜRKPA) Baş katibi Ramil Həsən V Antalya Diplomatiya Forumuçərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı TürkolojiQurultayından Türk inteqrasiyasına" mövzusunda panel iclasda çıxışızamanı səsləndirib.

"Nəzərə almaq lazımdır ki, söhbət fevralın 26-da başlayıb martın5-də yekunlaşan və 131 nümayəndənin qatıldığı bir qurultaydangedir. Onların 92-si türk kimi qeyd olunub, 3 nəfər isə “Türkiyətürkü” kimi göstərilib. Beləliklə, ümumi iştirakçı sayı 135 nəfərtəşkil edib. Onların 95-i türk idi və bu şəxslərin 92-si Sovetİttifaqı ərazisində yaşayan türklər olub. Bu fakt açıq şəkildəgöstərir ki, biz müxtəlif millətlərin layihəsi deyil, eyni millətinövladlarıyıq və türkük", – deyə Baş katib bildirib.

Seçilən
41
2
az.trend.az

3Mənbələr