AZ

Test imtahanında müvəffəqiyyət əldə edən sürücülərə şəhadətnamələri təqdim edilir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 mart 2026-cı il tarixində taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə aprelin 20-dən etibarən Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç. 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.

Mərkəzdən APA-ya verilən məlumata görə, Şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
apa.az

3Mənbələr