AZ

QHT Agentliyinin yaradılmasından 5 il ötür

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında yaradılmışdır.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların dövlət və cəmiyyət üçün əhəmiyyətli təşəbbüslərinin, proqram və layihələrinin dəstəklənməsi, bu istiqamətdə müvafiq əlaqələndirmə aparılması, dövlət–özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi sahəsində fəaliyyət göstərən, Azərbaycan Respublikasının dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini "bir pəncərə" prinsipi əsasında müvafiq dövlət qurumları ilə birlikdə həyata keçirən publik hüquqi şəxsdir. 

Qeyd edək ki, Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyevadır.

Seçilən
46
qht.az

1Mənbələr