ABŞ Prezidenti Donald Trampın şirkəti olan “Trump Organization” Tbilisidə ən hündür binanı tikəcək.
Turkustan.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, “Trump Tower Tbilisi” çoxfunksiyalı kompleks olacaq.
“Təxminən 70 mərtəbəli binanın Gürcüstan paytaxtındakı ən hündür bina olacağı gözlənilir.Burada lüks yaşayış yerləri və ticarət sahələri olacaq. Layihə Amerika memarlıq firması “Gensler” tərəfindən Gürcüstanın inkişaf şirkətləri “Archi Group” və “Biograpi Living”in iştirakı ilə hazırlanır”.
Nəşrin məıumatına görə, Trampın özü 2017-ci ildən bəri şirkətin gündəlik əməliyyatlarında iştirak etmir.
Şirkəti Amerika liderinin oğlu Erik və qardaşı idarə edir, hər ikisi vitse-prezident vəzifəsində çalışır.
Trampın özü isə şirkətin baş direktoru olaraq qalır və ona nəzarət etməyə davam edir./Globalinfo.az