“Napoli”nin baş məşqçisi Antonio Konte komandadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Konte daha əvvəl İtaliya Futbol Federasiyasının rəhbəri olsaydı, öz namizədliyini nəzərdən keçirəcəyini desə də, sonradan bu vəzifəyə hazır olduğunu demədiyini bildirmişdi.
“Napoli”dən gedəcəyəmmi? Keçən il mövsümün bitməsinə iki ay qalmış mənim gələcəyimlə bağlı çox danışılırdı. İnsanların danışmasına imkan verirəm. Bəzən dediklərim yanlış başa düşülür. Bu, futbolun bir hissəsidir. Məncə, mövsümün sonuna qədər nə qədər sakit davransaq, hamı üçün bir o qədər yaxşıdır. Müqavilə məsələsini kənarda müzakirə edə bilərik. Belə vəziyyətlərdə komandaya fokuslanmaq daha vacibdir. Həm də bizi dəstəkləyən azarkeşlərə hörmət naminə. Mən diqqətimi işimə yönəltmişəm. Bilirəm ki, adım müxtəlif xəbərlərdə hallanır, amma buna təsir edə bilmərəm. De Laurentisin açıqlamaları? Bu, onun problemidir, istədiyini deyə bilər. Mən cavab verməyəcəyəm. Əgər ehtiyac olsa, bunu şəxsi şəkildə edərəm, ictimai müzakirəyə çıxarmaram”, – deyə Konte bildirib.