AZ

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir

Antalya, 19 aprel, AZƏRTAC

UNESCO tərəfindən 15 dekabr tarixinin Dünya Türk Dilləri Ailəsi Günü kimi təsis edilməsi türk irsinin, türk dillərinin və mədəni birliyin qlobal səviyyədə tanınmasını gücləndirən mühüm addımdır. Bu, türk dillərinin, türk irsinin və mədəni birliyin qlobal təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TÜRKSOY-un Baş katibi Sultan Raev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı bildirib.

Bu qərarın ötən ilin noyabr ayında UNESCO-nun Səmərqənd şəhərində keçirilən Baş Konfransında qəbul olunduğunu xatırladan Sultan Raev türk dilinin ortaq mədəni və mənəvi dəyərlərimizin rəmzi olmaqla yanaşı birliyimizin göstəricisi kimi də ön planda durduğunu vurğulayıb. 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Seçilən
24
1
azertag.az

2Mənbələr