Şəki Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Şahmar Soltanlının xatirəsinə həsr olunmuş yeniyetmələr (U-15) arasında yunan-Roma güləşi üzrə açıq şəhər birinciliyi keçirilib. Azərbaycan Güləş Federasiyasının və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda respublikamızın 17 şəhər və rayonunu təmsil edən 21 komandanın tərkibində 240-dək idmançı mübarizə aparıb.
Bu barədə SİA-nın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib və idmançılar yüksək əzmkarlıq nümayiş etdiriblər.
Hər çəki dərəcəsi üzrə qalib gələn idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.