Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Mexaniki sayğaca keçiləndən daha çox qaz pulu ödəyirik”, “karta pul vururuq, sayğaca “oturmur”, “hər ay məbləğ artır”, “borc yazılır qəbzə, hardandı bu, necə yığıldı, bilmək olmur”, “Saatlarda Asan Kommunal”da vaxt keçiririk”, “qəsdən smart sağyacları ləğv etdilər ki istədikləri qiyməti qəbzə yazsınlar”, “Problemi özləri yaradır, vətəndaş beszin, desin, gəlin mexaniki sayğac qoşun”... Narazılıq bildirən bu cür ifadələr sosial şəbəkələrdə doludur və ünvanı da “Azəriqaz”dır. Narazılıqlar bu ilin yanvar ayından daha da artdı. O zaman ki smart-kart tipli sayğaclar mexaniki sayğaclarla kütləvi şəkildə əvəzlənməyə başlandı. 21-ci əsrdə irəli getmək əvəzinə təkrar 20-ci əsrə qayıtdıq. “Azəriqaz” rəhbərliyi isə özünə əziyyət verib, abonentlərə bunun səbəbini hələ də izah etməyib. Onların “sayğqaclar hər 5 ildən bir yoxlanmaq üçün laboratoriyaya göndərilir”, açıqlaması isə sadəcə gülüncdür. Belə çxıır ki “Azəriqaz” dövlət büdcəsi hesabına ölkəyə idxal etdiyi milyonlarla smart-kart sayğaclarını 5 ildən bir yoxlayacaqdı deyə, köhnə mexaniki sayğacları da anbarda saxlyırdı, “dar gün üçün”. Yoxlama nə qədər davam edəcək, smart sayğaclara qayıdış olacaqmı, bunu da cavab verən yoxdur.
Neftçilərin Hüquqlaının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, problem son 2 ildə pik həddə çatıb. Çünki cəzasızlıqır:

– Cəzasızlıq cinayətin inkişafına təkan verir. Bu qanunauyğunluqdur. Heç kəs maraqlanmır ki, əhali niyə əziyyət çəkir, nədən əziyyət çəkir. Sayğacları dəyişməkdə məqsəd nədir? Mexaniki sayğaclarla smart tipli sayğaclar fərqlidir. Ən keyfiyyətli sayğaclar vaxtilə Azərbaycanın Fransadan aldığı smart tipli sayğaclar idi. Bu sayğaclara kənar müdaxilə imkanı sıfır idi. Müdaxilə etmək mümkün deyildi, əhalini aldada bilmirdilər. Mən sayğacdəyişmə əməliyyatında iştirak edənləri rəmzi olaraq “xüsusi təyinatlılar” adlandırıram. Yerli regional idarələrdə işləyən şəxslər vasitəyilə bilirəm ki, hansı proseslər gedir. Özüm də bu sahədə çalışmışam, problemləri bilirəm. “Azəriqaz”ın tabe olduğu qurum da reaksiya vermir. Halbuki müvafiq qurumlar tərəfindən proses nəzarətdə saxlanılaraq yoxlanmalıdır. Şöbələr, qurumlar var, prosesi yoxlamalıdırlar. Əgər yoxlanmırsa, abonentlərin çəkdiyi əziyyətə, şikayətlərə məhəl qoyulmursa, deməli, onlar da bu prosesdə maraqlıdır. Mexaniki sayğaclara əlavə ödənişlər vurulur, hansısa vasitələrlə. Smart sayğacların mexaniki ilə əvəzlənməsi və əsaslı səbəb göstəirlməməsi bu sahədə korrupsiya olduğu ehtimalını gücləndirir. Proseslərin içində bəlkə də yüksək vəzifəli hansısa şəxs var, baş verənləri görür, amma susur. Deməli, maraqlı qrup var burada. Onlar üzə çıxarılmalı, vətəndaşlara da açıq məlumat verilməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.