AZ

Gecikən qələbələr ümid sonda ölür

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasında turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” ardıcıl ikinci qələbəsini qazanıb. Ötən turda “Kəpəz”ə 4 qolla qalib gələn yevlaxlılar bu dəfə “Şamaxı”nı minimal hesabla məğlub edib.

Xallarını 14-ə çatdıran autsayder 11-ci sıradakı “Qəbələ” ilə fərqi 5-ə endirib. Bölgə təmsilçisinin bu gün “Sumqayıt”la matçı var və məğlubiyyət Yevlax klubunun liqada qalmaq şanslarını saxlayacaq. “Karvan-Yevlax” qarşıdakı beş turda rəqibləri “Qəbələ” və “İmişli” ilə oyunu olacaq. Son iki qələbə autsayder üçün şansları az da olsa, artırıb.

“Şamaxı” ardıcıl “Zirə” və “Qarabağ”la heç-heçədən sonra gözlənilməz məğlubiyyət yaşadı. Yevlaxda xüsusilə, ikinci hissədə böyük üstünlük yaradan, rəqibi öz cərimə meydançasına sıxan “şirlər” qapıya düşə bilmədi. Komandanın qol şansları olsa da, bəzən bəxtsizlik və bəzən də yanlış qərarlar yekunun belə alınmasına gətirdi.

“Şamaxı” liqadakı yerini qoruyub. Futbolçularda arxayınlaşma normaldır. Ayxan Abbasov oyunsonrası mətbuat konfransında oyunçuların köklənmə problemi olmadığını desə də, meydanda görünən məhz rahatlıq idi. Hər bir halda, bu məğlubiyyət “Şamaxı”ya ciddi problem yaratmır. Matçı qələbəni daha çox istəyən  “Karvan-Yevlax” əzmkarlığı hesabına aktivinə üç xalı yazdırdı və liqada qalmaq şanslarını davam etdirdi.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
futbolpress.az

1Mənbələr