AZ

Rusiyanın Taqanroq şəhərinə PUA hücumu oldu

BAKI, 19 aprel. TELEQRAF

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhəri ötən gecə yenidən hava hücumuna məruz qalıb. Hücum nəticəsində şəhərin infrastrukturuna və mülki əmlaka ciddi ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə Taqanroq şəhərinin meri Svetlana Kambulova "Telegram"da məlumat paylaşıb.

Merin sözlərinə görə, PUA-ların (pilotsuz uçuş aparatı) hücumu nəticəsində Taqanroq Mexanika Kollecinin binası, bir neçə kommersiya müəssisəsi və 10-dan çox fərdi avtomobil zədələnib: "Ötən gecə Taqanroq yenidən hava hücumuna məruz qaldı. Kommersiya müəssisələri, Taqanroq Mexanika Kolleci və 10-dan çox avtomobil ciddi zərər görüb", - deyə S.Kambulova bildirib.

Hazırda hadisə yerində araşdırmalar davam edir və dəymiş ziyanın tam həcmi müəyyənləşdirilir.

Seçilən
15
teleqraf.com

1Mənbələr