sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Neftçi"nin qapıçısı Kenan Piriç Misli Premyer Liqasının 28-ci turunda "Zirə" ilə heç-heçə (1:1) etdikləri oyundan sonra Sport24.az-a müsahibə verib.- "Zirə" ilə matçda 1:1 oynadınız. Ümumi görüş sizin üçün necə keçdi? - Matça yaxşı hazırlaşmışdıq. Qalibiyyət istəyirdik. Son dəqiqələrdə bizə vurulan qoldan sonra artıq bu qaydaları başa düşmürəm. Nə baş verdiyini öyrənmək üçün gərək ChatGPT-dən soruşaq. "Zirə"nin futbolçusu zərbə zamanı tam qarşımda dayanmışdı, topu görə bilmirdim.- Sizcə, nəyə görə ofsayd qeydə alınmadı?- Bilmirəm.- Epizodu görmürdün?- Bəli. Bilirsiz, yenə eyni vəziyyət. Artıq ikinci dəfədir. İlk oyunda da hesab 2:2 olarkən onların lehinə penalti verdilər. Bilmirəm… Məyusam və açığı görünür ki, hamı bizə qarşıdır. Amma bu, bizi daha da gücləndirə bilər. Görəcəksiniz. Hamısı budur.- Bir epizodda möhtəşəm seyvin oldu. Deyə bilərik ki, bu, karyeranın ən yaxşı seyvlərindən biridir?- Tam olaraq yox, amma ilk üçlükdədir. Nə edə bilərəm ki? Hamıya qarşı mübarizə apara bilmərik. Liqanın qalan hissəsinə qarşı mübarizə aparacağıq.- Növbəti oyunda "Qarabağ"la qarşılaşacaqsınız. Yuri Vernidub və Breno Almeyda həmin görüşdə meydanda olmayacaq…- Olan oldu artıq. İki oyun, vacib oyunlar, iki derbi. Düşünürəm və ümid edirəm ki, hər şeyin öhdəsindən gəlmək üçün keyfiyyətimiz və gücümüz var. Görəcəyik. Hazırlaşacağıq.- Azarkeşləriniz sizə dəstək oldular. Onlara nə demək istərdiniz? Növbəti oyun da "Qarabağ"a qarşıdır…- Azarkeşlərə? Bəli, əvvəldən necə idilərsə, yenə elədirlər. Biz ən çətin vəziyyətdə olanda da yanımızda oldular. İndi isə birlikdə böyüyürük — komanda kimi, ailə kimi, qardaşlar kimi. Onlara ehtiyacımız var, sanki meydanda 12-ci oyunçu kimidirlər. Bu dəstəyi görmək çox xoşdur. Düşünürəm ki, "Qarabağ"a qarşı oyunda stadion tam dolu olacaq, daha böyük izdiham olacaq. Hazırlaşacağıq. Sona qədər mübarizə aparacağıq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.