AZ

Ağdamda minik avtomobili yanıb

Ağdam. Trend:

Ağdam rayonunda minik avtomobilində yanğın hadisəsi başverib.

Trend-in yerlimüxbirinin məlumatına görə, hadisə ötən gecə rayonun Əhmədağalıkəndində qeydə alınıb. Kənd sakini Hüseynova Məruzə Sərxan qızınaməxsus “Opel” markalı avtomobil qəfil alışaraq qısa müddətdətamamilə yanıb.

Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri alovunyaxınlıqdakı yaşayış evlərinə və digər tikililərə keçməsininqarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
az.trend.az

1Mənbələr