Aralıq dənizi sahillərində növbəti yeraltı təkanlar qeydə alınıb.
Musavat.com Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, dənizdə 4.7 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, yerli vaxtla saat 10:04-də baş verən zəlzələnin ocağı yerin təxminən 8 kilometr dərinliyində yerləşib. AFAD-dan verilən ilkin açıqlamalarda hadisə nəticəsində hər hansı bir dağıntı və ya təlafatın qeydə alınmadığı bildirilib.
Mütəxəssislər və aidiyyatı qurumlar bölgədəki vəziyyəti yaxından izləyir. Hazırda ərazidə hər hansı bir mənfi fəsadın olmadığı vurğulanır.
Musavat.com