Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, Yeni Zelandiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 05:35-də baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
DOĞRU.AZ