AZ

25 illik həsrətə son qoydular

İngiltərə premyer-liqasına növbəti mövsüm üçün vəsiqə qazanan ilk komanda müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu hüququ “Koventri Siti” qazanıb. Komanda çempionşipin 43-cü turunda “Blekbern”lə heç-heçə etməklə xallarının sayını 86-ya çatdırıb. “Koventri Siti” müntəzəm çempionatın sonuna 3 tur qalmış 3-cü yerdəki “Milluoll”u 13 xal qabaqlayıb. Bununla da Frenk Lempardın komandası premier-liqaya vəsiqəni rəsmiləşdirib.

Beləliklə, “Koventri Siti” 25 ildən sonra ilk dəfə İngiltərə çempionatının yüksək liqasında çıxış edəcək.

Seçilən
17
1
football-plus.az

2Mənbələr