AZ

"Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır

Yeni mövsümün planlarını cızan ''Beşiktaş''ın yollarını ayıracağı ilk futbolçunun adı bəllidi. Söhbət Taylan Bulutdan gedir.

"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik bu qərarını artıq futbolçunun menecerinə də bildirib.

Gənc cinah müdafiəçisi peşəkar karyerasını başladığı yerə, yəni Almaniyaya qayıda bilər. Ona bu ölkədən maraq göstərən klublar var. Əslində ''Beşiktaş'' Taylanı ötən yay ''Şalke-04''dən böyük ümidlərlə transfer etmişdi. Hər halda hər qepiyinin qədrini bilən İstanbul nəhəngi hələ özünü sübut etməmiş bu istedadlı futbolçuya görə 6 milyon avro ödəmişdisə, deməli ondan çox şey gözləyirdi. Amma 20 yaşlı futbolçu heç cür əsas heyət üzvünə çevrilə bilmədi. Üstəlik şans qazandığı nadir matçlarda da Sərgən Yalçının ümidlərini doğrultmadı.

Taylanın həmin məbləğə, yəni 5-6 milyon avroya satılacağı gözlənilmir. Amma ''ağ-qaralar'' zərərin mümkün qədər az olmasına çalışacaq. Taylanın icarəyə verilməsi də gündəmdədi. Taylan Bulut Murilyo və Gökhan Sazdağının ardından hazırda müdafiənin sağ cinahında yalnız 3-cü oyunçu statusundadı. Bu futbolçu son 8 rəsmi oyunda heç iştirak ərizəsinə də düşə bilməyib. O ən son fevralın əvvəllərində ''Kocaelispor''la kubok matçında forma geyib.

Taylan Bulut bu mövsüm 11 rəsmi matçda ümumilikdə yalnız 558 dəqiqə oynamaq şansı qazanıb.

Seçilən
14
1
football-plus.az

2Mənbələr