AZ

FHN Gəncədə şərti yanğın təlimi keçirib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinintəşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı iləGəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşənçoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, təlim şərti yanğınhəyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına,həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəkiyanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədiləkeçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdənizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayışkompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətininməhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxiliyanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkinyanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektriktəsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nıntələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiyaqurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığımüəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanınyanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılıtapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri iləyanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndiricisöhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladəhadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinəmaneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsivə əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları vəhidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuşyerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyatvasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla parkedilməlidir.

FHN
FHN
FHN
FHN
Seçilən
15
41
az.trend.az

10Mənbələr