ain.az, Milli.az saytına istinadən bildirir.
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı, 99-NX-578 dövlət qeydiyyat nişanlı avtomobil ilə "VAZ-2107" markalı, 01-CD-207 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatını itiriblər.
Hadisə zamanı xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, qəzada həyatını itirən şəxslər hərbçi, yaralanan Rəşad Namazəliyev isə ANAMA əməkdaşıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.