Almaniyanın "Union" klubu xanım baş məşqçisi Mari-Luiza Etanın rəhbərliyi ilə ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Berlin təmsilçisi 30-cu turda "Volfsburq"u qəbul edib və 1:2 hesabı ilə uduzub.
Mari-Luiza Eta Avropanın TOP-5 liqasında ilk qadın baş məşqçidir. O, 2023-2024 mövsümündə də "Union"un məşqçilər korpusunda yer alıb.
"Union" (Berlin) - "Volfsburq" - 1:2
Qollar: Burke, 85 - Vinner, 11, Peyçinoviç, 46
Hazırda "Union" 32 xalla 11-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 76 xalla "Bavariya" başçılıq edir.