“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə komandadan ayrılmaq istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, gənc yarımmüdafiəçi “kimyaçılar”da az forma şansı qazandığı üçün klubda qalmaq istəmir. Onun ölkəxaricindən təklifləri var.
Ancaq “Sumqayıt”ın prezidenti Riad Rəfiyev Əhmədzadənin gedişinə icazə vermir. O, futbolçu üçün gələn bütün təklifləri geri çevirib.
U-21 millimizin üzvü isə bu durumdan narazıdır. Yarımmüdafiəçi daha çox forma şansı qazanmaq istəyir.
“Sumqayıt”ın ehtiyat skamyasında oturmaqdan bezən futbolçu Riad Rəfiyevin qərarını dəyişməsini gözləyir.
Xatırladaq ki, Əhmədzadənin klubu ilə müqaviləsi 2+1 illikdir. O, sözləşməsinin iki ilini bitirsə də, hələ növbəti mövsüm üçün də “Sumqayıt”a məxsusdur.
Ancaq millimizin üzvü komandada qalmaq niyyətində deyil.