AZ

Ukrayna HHM qüvvələri Rusiyanın 203 PUA-sını məhv edib

BAKI, 19 aprel. TELEQRAF

Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Rusiya ordusunun ötən gecədən etibarən Ukraynaya hücum etdiyi 236 pilotsuz uçuş aparatından (PUA) 203-ünü zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu ölkə ərazisinə ümumilikdə 236 dronla hücum təşkil ediblər. HHM bölmələrinin uğurlu əməliyyatı nəticəsində onlardan 203-ü hədəfə çatmadan məhv edilib.

Seçilən
20
teleqraf.com

1Mənbələr