Misli Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "İmişli"ni qəbul edəcək.
Komandalar turnir cədvəlində qonşu pillələrdədir.
"İmişli" 26 xalla 9-cu, "Kəpəz" isə 21 xalla 10-cu yerin sahibidir.
Hər iki komanda qələbə üçün meydana çıxacaq.
Misli Premyer Liqası, XXVIII tur
19 aprel (bazar)
15:30 “Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Yevlax şəhər stadionu