AZ

Amazoniyada ruhani dünya ilə əlaqələndirilə biləcək yüzlərlə km qədim yol tapıldı

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər Amazoniyada eramızdan əvvəl 763-cü ilə aid edilən və ehtimal ki, həm maddi infrastruktur, həm də rituallar və mənəvi təsəvvürlərlə bağlı istifadə olunmuş yüzlərlə kilometr qədim yol aşkar ediblər. 

Qayanrinfo xəbər verir ki, bu barədə Descopera.ro yazır.

Tədqiqatçılar Braziliya və Boliviya sərhədində, Amazoniyanın cənub-qərb hissəsində yerləşən bölgədə kosmosdan çəkilmiş peyk görüntülərini analiz edərək izləri müəyyən ediblər. 134 min kvadrat kilometr ərazidə ən azı 955 qədim yol aşkarlanıb və onların ümumi uzunluğu təxminən 350 kilometrdir.

Bu yolları kim inşa edib?

Radiokarbon analizi göstərir ki, bu yolların ən qədimləri eramızdan əvvəl 763-cü ildən eramızın 950-ci ilinədək "Akiri” adlı qədim sivilizasiya tərəfindən inşa edilib. Daha sonra təxminən 1200-cü illərdə bölgədə kurqan tipli yaşayış məntəqələrinin yaranması ilə yeni yol tikintisi mərhələsi başlayıb.

"955 aşkar edilən yol son dərəcə düz xətlərə və diqqətli planlaşdırmaya malikdir ki, bu da onların mürəkkəb cəmiyyətlər tərəfindən inşa edildiyini göstərir. Onların əksəriyyəti 500 metrdən qısa olsa da, bir çoxunda oyulmuş kəsiklər və qaldırılmış kənarlar var”, deyə "IFL Science" yazır.

Alimlərin fikrincə, bu xüsusiyyətlər yüksək mühəndislik bacarığını və məqsədli tikinti planlamasını göstərir.

Dini və astronomik əlaqələr ehtimalı

Tədqiqatçılar bildirirlər ki, Akiri mədəniyyətinə aid daha qədim yollar adətən yer üzərində çəkilmiş nəhəng geogliflərdən başlayan geniş və qısa marşrutlardır. Bu yollar çox vaxt dünyanın tərəflərinə uyğun şəkildə yönləndirilib və bu da onların astronomik müşahidələrlə əlaqəli ola biləcəyini göstərir.

Məqalədə qeyd olunur ki, bəzi alimlər bu yolların insanlar ilə "qeyri-insani varlıqlar” arasında keçid və ya ruhani dünya ilə əlaqə üçün istifadə olunmuş ola biləcəyini ehtimal edirlər. Bununla belə, bu fikir hələ elmi baxımdan sübut edilməyib və əsasən interpretasiya xarakteri daşıyır.

Kurqan tipli yaşayış məntəqələrindən başlayan daha sonrakı yollar isə daha dar olub və daha çox praktiki məqsədlərə xidmət edib. Onlar icmaları birləşdirmək və malların daşınmasını təmin etmək üçün istifadə olunub. Təxminən 40 faizi çaylara çıxışla əlaqəlidir ki, bu da su resursları ilə bağlı fəaliyyətləri göstərir.

Yollar hara aparırdı?

Alimlərin fikrincə, bu yolların bir hissəsi sıx meşələrdə itib gedir. Ola bilsin ki, onlar kənd təsərrüfatı sahələrinə aparırdı, lakin ritual funksiyaya da malik ola bilərdi.

"Bəzi yolların son nöqtəsi görünmədiyindən, onlar sadəcə meşəyə daxil olaraq yox olurdu. Bu isə insanların canlılar, ruhlar və digər qeyri-insani varlıqlar arasında əlaqələrin olduğu məkanlara keçidini asanlaşdırmış ola bilər”, deyə araşdırmada bildirilir.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr