AZ

Argentina Venesuelanın "MERCOSUR"a qayıtmasına qarşı çıxır

BAKI, 19 aprel. TELEQRAF

Argentina hökuməti Venesuelanın Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) çərçivəsində üzvlüyünün bərpa olunmasına etiraz edir.

Teleqraf xəbər verir ki, bu barədə "Clarin" məlumat yayıb.

Məlumata görə, digər üzv ölkələr Venesuelanın birliyə qayıtmasını dəstəkləsə də, Buenos-Ayres buna qarşı mövqe sərgiləyir. Bildirilir ki, Argentina hökuməti digər ölkələrin bu təşəbbüsü dəstəkləyə biləcəyini öyrəndikdən sonra Xarici İşlər Nazirliyinə buna qarşı çıxmaq tapşırığı verib.

Nəşrin məlumatına əsasən, Argentina Venesuelanın 2016-cı ildə dayandırılmış üzvlüyünün bərpasını istəmir. Buna səbəb kimi iki ölkə arasında enerji sahəsində mümkün rəqabətin yaranacağı ehtimalı göstərilir.

Seçilən
23
teleqraf.com

1Mənbələr