AZ

Yeməkdən sonra sadəcə 10 dəqiqəlik gəzinti möcüzə yaradır Alimlər açıqladı

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mütəxəssislər bildirirlər ki, yeməkdən sonra cəmi 10-15 dəqiqəlik yüngül gəzinti belə qan şəkərinin tənzimlənməsinə, həzm prosesinə və ümumi sağlamlığa ciddi təsir göstərir.

Sherg.az xəbər verir ki, araşdırmalara görə, yeməkdən sonra orqanizm aktiv həzm prosesinə keçir və bu zaman qan şəkəri yüksəlir. Qısa gəzinti isə əzələləri işə salaraq qlükozanın hüceyrələrə daha effektiv daşınmasına kömək edir və insulin balansını yaxşılaşdırır.

Alimlər qeyd edirlər ki, bu sadə vərdiş uzun müddətdə diabet və ürək-damar xəstəlikləri riskini azaldır. Eyni zamanda, yeməkdən sonrakı hərəkət beyin-bağırsaq əlaqəsinə də müsbət təsir göstərir.

Mütəxəssislərin tövsiyəsinə görə, hətta 10 dəqiqəlik yüngül tempdə gəzinti belə kifayətdir və gün ərzində oturaq həyat tərzini qısa hərəkətlərlə bölmək sağlamlıq üçün böyük fayda verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sherg.az

1Mənbələr